23 May 14:51
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən dəfələrlə futbolumuzun inkişafı üçün təkliflər irəli sürmüşəm. Əgər bir şeyi təklif edirəmsə, Azərbaycan futbolunun inkişafı üçün fayda verəcəyini düşünürəmsə, bu təkliflər həyata keçməyəndə məyus oluram.

Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, dəfələrlə futbolun inkişafı üçün irəli sürdüyü təkliflər reallaşdırılmayıb: "Əfsuslar olsun ki, bir çox fikirlərimə baxılmayıb. Bu baxımdan bu gün Azərbaycan futbolunun inkişafı üçün yeni fikirlərim yoxdur. Mənim bütün fikirlərim, düşüncələrim "Qarabağ"ımız üçündür. Mənə olan güvən sayəsində bu komanda fikirlərimi həyata keçirməyə çalışıram.

Baxmayaraq ki, bu gün "Qarabağ"ın uğurları bir çoxları üçün əlçatmazdır. Amma mən düşünürəm ki, biz daha böyük uğurlar əldə etməliyik. Klub olaraq çatışmazlıqlarımız var".

Qurban Qurbanov hesab edir ki, Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur: "Çox təkliflərə ehtiyac var. Bu təkliflərin düzgün dəyərləndirilməsi vacibdir".


Müəllif: Aysel Azad