Karyeramda bir komandada oynadığımız çox bacarıqlı futbolçular olub.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.
Onun sözlərinə görə, karyerasında oynadığı, potenasialını qeyri-adi hesab etdiyi üç ən yaxşı futbolçu var: "Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqov futboçluya xas olan bütün xüsusiyyətləri özlərində cəmləşdiriblər. Bəzən biz futbolu qaçmaq kimi görürük. Halbuki yaxşı futbolçu olmaq, yaxşı nəticələr əldə etmək üçün yaradıcı olmalısan. Yaradıcılığın yoxdursa, uğur əldə edə bilməzsən.
Adını çəkdiyim futbolçular isə bu sənətə doğuşdan yaradıcı gəliblər. Ümumən deyə bilərəm ki, Avropada bu qədər yaradıcı futbolçular yoxdur. Fəxr edirəm ki, Azərbaycanda belə futbolçular olub".