28 May 2022 13:01
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Bakıda təşkil olunan güllə və stend atıcılığı üzrə Dünya Kuboku yarışına start verilib.

Teleqraf.com xəbər verir ki, Dünya Kubokunun birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəş açma yarışlarında kişilər və qadınlar arasında seçmə mərhələsi keçiriləcək.

İyunun 7-dək davam edən turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edir. Atıcılar 30-u qızıl olmaqla, ümumilikdə 188 medal uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yarışlar “İdman TV" və "CBC Sport" kanalları vasitəsi ilə canlı yayımlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər