30 May 2022 15:05
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Teleqraf.com xəbər verir ki, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yarışda 3-cü yeri slovakiyalı Ratislav Tomaqa tutub.


Müəllif: Teleqraf.com