Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə Azərbaycan yığması dünən Qazaxıstan millisi ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, futzalçılarımız qazax həmkarlarına 1:4 hesabı ilə məğlub olub.
Oyunda millimizin yeganə qoluna Rəcəb Fərəczadə imza atıb.
Komandamız beynəlxalq turnirdə ikinci oyununu bu gün keçirəcək. Bakı vaxtı ilə saat 15.30-da start götürəcək oyunda millimizin rəqibi Belarus futzalçıları olacaq.