3 Dekabr 2014 16:56
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-30-u tarixlərində “Zirvə” İdman Klubunun cüdoçuları Türkiyənin Ankara şəhərində mötəbər bir turnirdə iştirak ediblər. Klubumuzun bu şəhərdəki “Altınpark-Akarsu Yarış Kompleksi”ndə böyük rəhbər Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş beynəlxalq “Atatürk Kuboku” keçirilib. Azərbaycanı bu yarışda bizim klubun idmançıları təmsil ediblər.

Baş məşqçi Hətəm Əhmədov və məşqçi Elməddin Əhmədovun rəhbərliyi altında Kubokda 20 cüdoçu qatılıb. Onların hər biri fəxri kürsüyə qalxaraq ölkəmizi layiqincə təmsil edə biliblər. Yarışda ümuilikdə 350-dən çox cüdoçu iştirak edib. Komandamız ümumilikdə 9 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.

Bu böyük uğur münasibətilə cüdoçularımızı təbrik edir, qələbələrimizdə əməyi olan hər kəsə təşəkkür edirik. Davamı gəlsin!

İdmançılarımızın nəticələri ilə tanış olun:

2005-07-ci illər təvəllüdlü idmançılar
İdmançı Çəki Yer
Vəlizadə Turac 21 kq 1
Məmmədov Xaliq 21 kq 2
Həsənov Emin 24 kq 1
Sultanlı Nihat 24 kq 3
Cəlilov Şəhriyar 34 kq 1
2003-04-cü illər
Əliyev Murad 26 kq 1
Məmmədgil Alper 30 kq 1
Hacıyev Oruc 30 kq 2
Səmədov Hikmət 30 kq 3
Əzməmməd Elcan 38 kq 3
Məmmədov Hüseyn +60 kq 2
2001-02-ci illər
Abbasov Xəzər 30 kq 1
Yaqublu Araz 38 kq 3
Nəzərli Pərviz 42 kq 2
Cəlilov Rəvan 46 kq 2
Soltanov Abdullətif 50 kq 3
1998-2000-ci illər
Qurbanov İman 50 kq 3
Bədəlov Babək 55 kq 1
Seyidov Rafiq 60 kq 1
1995-97-ci illər
Salamov Salam Nevaza (dizüstü)

1

Müəllif:

Oxşar xəbərlər