"Milan"ın vitse prezidenti Barbara Berluskoni tikməyə hazırlaşdıqları klubun yeni stadionu haqda açıqlama verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə. o, yeni stadionun 2020-ci ildə hazır olacağını deyib:
"Hazırda çalışmalar davam edir. Tikinti işlərinə 2015-ci ilin ilk altı ayında başlanacaq. Stadionun 2020-ci ildə hazır olacağını düşünürük".
Qeyd edək ki, "Milan" 1926-ci ildən ev oyunlarını "San Siro"da keçirir.