AFFA-nın U-13 liqasında növbətu turun yarışları keçirilib.
Teleqraf.com-un məlumatına görə, "Qarabağ" klubunun 13 yaşlılarından ibarət komandası "Neftçi"nin eyni yaş qrupundan olan futbolçuları ilə qarşılaşıb.
Matçda "Neftçi"nin heyətində oynayan Qurban Qurbanovun oğlu Musa Qurbanlı oyunun taleyini həll edib. Onun "Qarabağ"ın qapısından keçiridyi 2 qol "Neftçi"nin ağdamlılar üzərində 4:0 qələbəsini təmin edib.