25 Sentyabr 2022 22:17
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan yığmasının baş mşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis turnirin startından öncə qrup 2-ciliyi haqqında düşündüklərini bildirib: "Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər