Avropa Liqasının qrup mərhələsində Bakı vaxtı ilə saat 23:00-da başlayacaq “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” matçından öncə insident yaşanıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstan klubunun bir qrup fanatı “Qarabağ”ın 20-yə yaxın azarkeşinə hücuma cəhd edib. Polisin müdaxiləsindən sonra yerli fanatlar sakitləşdirilib. Polis gözyaşardıcı qazdan istifadə edib.
“Qarabağ” klubunun müdaxiləsindən sonra Azərbaycan təmsilçisinin azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.