"Nant" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyun öncəsi baş məşqçisi Antuan Kambuareni istefaya göndərə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, komandanın son olaraq Avroliqada "Frayburq"a 0:4 hesabı ilə uduzduğu matçdan sonra rəhbərlik yeni baş məşqçi axtarışlarına başlayıb. Nəşr yazıb ki, "Nant" Fransa çempionatında oktyabrın 16-da keçiriləcək "Brest"lə görüşdə uduzsa, Kambuare istefaya göndəriləcək.
Qeyd edək ki, "Nant" Fransa Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Avroliqada isə 3 xalla 3-cüdür.
Xatırladaq ki, "Nant" və "Qarabağ" arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.