12 Dekabr 2014 03:00
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman Sağlamlıq Klubunun ilin sonuna nəzərdə tutulan voleybol çempionatı başa çatıb. FHN-in İdman Sağlamlıq Klubundan Teleqraf.com-a verilən xəbərə görə, dekabrın 8 də FHN-nin TTNDA-nın (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) konfrans zalında keçirilən püşkatma əsasında 16 komanda 4 qrupa bölünüb. 9-10-11 tarixlərində baş tutan yarışda hər komandadan10 nəfər olmaqla, 160 iştirakçı mübarizə aparıblar.

İlk iki günü TTNDA-nın zalında keçirilən çempionatda hər qurupda ən yaxşı nəticə göstərən komandalar 1- ci və 2-ci yer tutaraq, 1/4 mərhələyə vəsiqə qazanıblar . TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi)-DYMX-nə (Dövlət Yanğından Mühafizə Xidməti) 3-0, MTTİ (Maddi Texniki Təhcizat İdarəsi) -XRXX-nə (Xüsusi Riskli Xilasetmə Xidməti) isə 3-0 qalib gələrək finala vəsiqəni əldə edib. Yarımfinal və final mərhələsi isə Voleybol Fedarasiyasında baş tutub. Yarım finalda DYMX- qalib gələrək 3-cü yerə laiq görülüb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi isə Maddi Texniki Təhcizat İdarəsi ilə 1 və 2-ci yer uğrunda mübarizə aparıblar. TTNDA MTTİ-nə qalib gələrək çempion adını, MTTİ-si 2-ci yerin mükafatçısı olub.

Komandaların yarışın izləyən beynəlxaql dərəcəli hakim Səbuhi Əliyev qalibləri müəyyən edib.

Çempionat başa çatdıqdan sonra ilk üç yeri tutan komandalar kubok, medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev mətbuata açıqlama verib:

“5-ci ildir ənənvi olaraq Fövqəladə Hallar Nazirliyinin voleybol üzrə çempionatını keçiririk və növbəti illərdə davamını gözləyirik.

Nazirliyin müxtəlif idman növləri üzrə yığma komandaları var. Bu il kişilər arasında keçirirlən Respublika üzrə Voleybol Çempionatında İdman Sağlamlıq Klubunun heyəti “Neftçi” komandasına uduzaraq, 2-ci yeri qazanıb. Bu onu göstərir ki, FHN-nin peşəkar idmançıları və eyni zamanda voleybolçuları var. Düşünürəm ki, gələcəkdə bizim komandamızın tərkibindən Azərbaycan yığma komandasının heyətinə daxil ola biləcək idmançılarımız yetişir”.


Müəllif:

Oxşar xəbərlər