Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.
Teleqraf.com xəbər verir ki, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.
Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.
Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.
Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.
Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.