Braziliya yığmasının baş məşqçisi Tite istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb sambaçıların DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzmaqlarıdır.
“Dediyim kimi, mənim dövrüm bitdi. Mən bunu bir il yarım əvvəl demişəm. Mən sözümün ağasıyam”, - o, oyunsonrası mətbuat konfransında deyib.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Xorvatiya millisinin futbolçuları daha dəqiq olublar -
Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub.