Qətərdə keçirilən dünya çempionatında bu gün final oyunu oynanılacaq.
Teleqraf.com xəbər verir ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq.
DÇ-2022
Final
18 dekabr
19:00. Argentina - Fransa
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu