19 Dekabr 2022 21:42
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

Teleqraf.com xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə IV, V və VI turun qarşılaşmaları baş tutub.

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov 1 qalibiyyət, 2 heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qalıb və hər 3 görüşünü sülhlə başa vurub.

“Vüqar Həşimov Memorialı-2022”

IV tur

Rauf Məmmədov - Valeho Pons (İspaniya) - 0,5:0,5
Aydın Süleymanlı - Qukeş Dommaracu (Hindistan) - 0:1
Şəhriyar Məmmədyarov - Riçard Rapport (Rumıniya) - 0,5:0,5
Abdulla Qədimbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5
Van Hao (Çin) - Semuel Şenklend (ABŞ) - 1:0

V tur

Semuel Şenklend (ABŞ) - Rauf Məmmədov - 0:1
Nodirbek Abdusattorov (Özbəkistan) - Van Hao (Çin) - 0,5:0,5
Riçard Rapport (Rumıniya) - Abdulla Qədimbəyli - 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Aydın Süleymanlı - 0,5:0,5

VI tur

Rauf Məmmədov - Aydın Süleymanlı - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Valeho Pons (İspaniya) - 0,5:0,5
Abdulla Qədimbəyli - Qukeş Dommaracu (Hindistan) - 1:0
Van Hao (Çin) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5
Semuel Şenklend (ABŞ) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1

Qeyd edək ki, yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Valyexo Pons 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5 - 8-ci yerləri bölüşdürür. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu - 10-cu pillədə yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər