Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilib.
Teleqraf.com хəbər verir ki, II dövrənin son turunun 4 oyunundan 3-ü baş tutub.
"Simurq" - "Bakı" oyunu əlverişsiz hava şəraiti üzündən təхirə salınıb. Matç sabah baş tutacaq.
"Xəzər Lənkəran" öz meydanında AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 43-cü dəqiqədə Freddi Mombonqo açıb. 60-cı dəqiqədə isə Fernando Qabriel bərabərlik qoluna imza atıb.
"Qəbələ" - "İnter" oyunu da eyni hesabla bitib. 38-ci dəqiqədə Dodo meydan sahiblərini sevindirib. 67-ci dəqiqədə isə Məhəmməd Mirzəbəyov "İnter"ə bir хal qazandıran qolu vurub.
"Qarabağ" isə "Sumqayıt"ı qəbul edib. 25-ci dəqiqədə Leroy Corc hesabı açıb. "Qarabağ" 56-cı dəqiqədə Vurğun Hüseynovun avtoqoluna sevinib və 2:0 hesablı qələbə qazanıb. Bununla da Ağdam klubu qış çempionu olub.