10 May 2014 23:45
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zenit"in keçmiş baş məşqçisi Luçano Spalettinin yeni iş yeri böyük ehtimalla "Milan" olacaq.

Teleqraf.com xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislə razılığa gəlib.

Komandanın hazırkı çalışdırıcısı Klarens Zeedorfla yolları ayırmağı planlaşdıran klub onu L.Spaletti ilə əvəzləyəcək.

Qeyd edək ki, "Milan" A seriyasında 54 xalla səkkizinci pillədədir.


Müəllif: