14 Fevral 2023 10:54
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Teleqraf.com-un məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Mohammed Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər