Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Teleqraf.com xəbər verir ki, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.
O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.
Qeyd edək ki, Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.