Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Sabah” klubu “Kəpəz”i qəbul edib.
Teleqraf.com xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb. Oyunda Aleksey İsayev dubl edib.
Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Sabah” klubu turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmlədib. Gəncə təmsilçisi 20 xalla səkkizinci sıradadır.
Günün ilk görüşündə “Sumqayıt” “Səbail”i minimal hesabla üstələyib - 1:0. “Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də keçiriləcək matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.