Azərbaycan cüdoçusu Turan Bayramov Böyük Dəbilqədə finala yüksəlib.
Teleqraf.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib.
Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.