Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında gümüş medal qazanıblar.
Teleqraf.com xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Taleh Məmmədov final oyununda gürcüstanlı Leri Abuladze ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
55 kq-dakı ikiqat qitə çempionu Eldəniz Əzizli eyni raundda türkiyəli Adem Uzuna uduzub.