2 Yanvar 2015 15:38
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnter" futbol klubu qış fasiləsində hazırlıqlarını Antalyada keçirəcək.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, komanda bu gün qardaş ölkəyə yollanacaq. Yanvarın 3-dən etibarən məşqlər start götürəcək.

Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Rəqiblər də artıq məlumdur. "İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Energie Cottbus" (Almaniya), yanvarın 14-də "Kayrat" (Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa" (Türkiyə), yanvarın 20-də isə "Metallist"(Ukrayna) komandaları ilə qarşılaşacaq.

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.

Xatırladaq ki, "İnter" yanvarın 24-də Vətənə qayıdacaq.


Müəllif:

Oxşar xəbərlər