"Barselona"nın qapıçısı Mark Ter Ştegen La Liqanın bir mövsümündə qapısından qol buraxmadığı oyunların sayına görə rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, almaniyalı qolkiper İspaniya çempionatının 32-ci turunda "Betis"lə matçda (4:0) qapısından qol buraxmayıb. Ter Ştegen üçün bu oyun cari mövsümdə qapısını toxunulmaz saxladığı 24-cü olub ki, bu da Kataloniya klubunun qapıçıları arasında yeni rekorddu.
Daha əvvəlki rekord 2014/15 mövsümündə Klaudio Bravo tərəfindən təyin edilmişdi. O, həmin mövsüm 23 oyun qapısını toxunulmaz saxlamışdı.