Cüdo üzrə Azərbaycan millisinin performans direktoru Mark van der Ham postundan ayrılıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Teleqraf.com-a verilən məlumata görə, o, 7-13 mayda Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatından sonra istefa ərizəsini quruma təqdim edib.
Niderlandlı mütəxəssislə müqavilə xitam verilib.
Mark van der Ham bütün Azərbaycan idmançılarına, heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzuladığını söyləyib: "Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm”.
ACF Mark van der Hama Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli yığmaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar diləyib.