"Barselona"nın "Real Sociedad"a məğlub olmasından sonra Lionel Messi ilə baş məşqçi Luis Enrike arasındakı böhran daha da böyüyür.
Teleqraf.com xəbər verir ki, bazar ertəsi məşqə çıxmayan Messi ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Baş məşqçi argentinalı futbolçuya cəza vermək istəsə də, Xavi, İniesta və Busquets bunun xaosu daha da artıracağını bildirib.
Lakin bunu öyrənən Messi, "Barselona" rəhbərliyinə "Ya mən ya da Luis Enrike" söyləyib.
İspan radiosu "Cadena Cope", klub rəhbərliyin argentinalı ulduza Luis Enrikenin qovulacağına söz verdiyini iddia edib.
Rüstəm