29 İyun 2023 00:24
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Teleqraf.com xəbər verir ki, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə ikiillik müqavilə bağlanıb.

İyirmi doqquz yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” olan E.Balayev “Neftçi”dən başqa “Sumqayıt”, “Araz Naxçıvan”, “Ayntraxt” (Frankfurt, Almaniya), “Qarabağ”, “Tobol” (Qazaxıstan), “Zirə” və “Turan” klublarında da çıxış edib.

O, Azərbaycan çempionatının və kubokunun qalibi olub, ölkənin ən yaxşı futbolçusu seçilib. Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər