30 İyun 2023 17:58
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib.

Teleqraf.com xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb.

Sabah Azərbaycan Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.

***

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası III Avropa Oyunlarında çıxışını başa vurub.

Teleqraf.com xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə İspaniya ilə qarşılaşıb.

42:45 hesabı ilə uduzan Azərbaycan millisi yekunda 6-cı yerdə qərarlaşıb.

Bu gün Avropa Oyunları çərçivəsində atıcılıq yarışları keçirilib. Azərbaycan idmançısı Ruslan Lunyov yarışı mükafatsız başa vurub. Tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında çıxış edən təmsilçimiz təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayaraq altıncı olub. O, final mərhələsinə yüksələn səkkiz idmançı arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.

Güllə atıcıları əvvəlcə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdiriblər. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.

***

Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 5 növdə mübarizə aparacaqlar.

Teleqraf.com xəbər verir ki, ölkə təmsilçiləri atıcılıq, qılıncoynatma, kikboksinq, çimərlik futbolu və boksda qüvvələrini sınayacaqlar.

Atıcılıq

11:00. Kişilər (25 metr məsafəyə tapança ilə atəş açma, təsnifat mərhələsi, 2-ci gün): Ruslan Lunyov

11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 2-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova

Qılıncoynatma

11:00. Kişilər (1/16 final, şpaqa, komanda): Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev

12:30. Qadınlar (1/8 final, sablya, komanda): Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova

Kikboksinq

12:30. Kişilər (1/4 final): Fərid Ağamoğlanov - Filip Barak (Slovakiya)

17:00. Kişilər (1/4 final): Elşad Şahbazov - Artyom Melnik (Ukrayna)

Çimərlik futbolu

16:30. Kişilər. (5-8-ci yerlər uğrunda oyun): Azərbaycan - Ukrayna

Boks

17:45. Kişilər (80 kq, yarımfinal): Murad Allahverdiyev - Qabriyel Veoçiç (Xorvatiya)

22:45. Kişilər (92 kq, yarımfinal): Məhəmməd Abdullayev - Nelvi Ram Tiafak (Almaniya)


Müəllif: Teleqraf.com