15 İyul 2023 20:04
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ikinci yoxlama oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gəlib

Qarşılaşma 1:1 hesabı ilə bitib. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov fərqlənib.

Qeyd edək ki, "qırmızı-qaralar" ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə gerçəkləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər