28 İyul 2023 00:56
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open" turnirində qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 50 kq-da çıxış edən titullu idmançı finalda yerli Anna Lukasyakı 7:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici görüşədək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib.

Qeyd edək ki, iyulun 28-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) mübarizəyə başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər