Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçinin yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilir.
Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir.