“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.
Teleqraf.com PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.
“Qarabağ”ın müraciətini, “Azərsun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL 6-cı turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.