10 Sentyabr 2023 22:56
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Flick istefaya göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər