Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.
Teleqraf.com xəbər verir ki, idmançı 82 kiloqram çəki dərəcəsində birinci olub.
İranlı rəqibi Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.