23 Sentyabr 2023 20:16
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Teleqraf.com xəbər verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. 67 kq çəki dərəcəsindəki təmsilçimiz yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib.

Həsrət Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər