Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli "Rakuv" və Avstriyanın “Ştrum” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.
Qeyd edək ki, oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, "Rakuv" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.