UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken”lə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 5-də “Ullevi” stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1800 bilet ayrılıb.
Biletlər oyun günü yerli vaxtla saat 19:00-dan etibarən arenanın 8-ci qapısının qarşısında satılacaq. Biletin qiyməti 22 avrodur.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.