Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə gənclərin dünya çempionatında qızıl medal qazanıb.
Teleqraf.com xəbər verir ki, İspaniyada keçirilən çempionatda 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.
Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.