Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın iki həftə ərzində İsraildə baş tutmalı olan bütün oyunları qeyri-müəyyən müddətə təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Belə ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də baş tutmalı olan İsrail - İsveçrə oyunu təxirə salınıb.
Bundan başqa, İsrailin gənclərdən ibarət yığmasının Estoniya və Almaniyaya qarşı görüşləri də təxirə salınıb.