Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Teleqraf.com xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olub.
"Bank Respublika Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. "Köhlən atlar"da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika "bayquşlar"ın təsəlli qolunun müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" 16 xalla 7-cidir.
Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.