25 Noyabr 2023 09:50
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda "Köln"ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Forvard cari ildə "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

"Mançester Siti"dən norveçli Erlinq Holann və "Əl-Nəsr"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər