25 Noyabr 2023 13:13
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin təmsilçisi Elio Letterio Pino “Real Madrid”lə danışıqlar apardıqlarını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçunun agenti jurnalistlərə açıqlamasında bildirib.

Pino deyib ki, o, hazırda Madriddədir:

“Real Madrid”in İkardi ilə bağlı təklifi yoxdur. Hələlik rəsmi və ya qeyri-rəsmi təklif irəli sürməyiblər. Bununla belə, "Real Madrid" rəsmiləri ilə danışıqlar aparırıq. Bazar etrəsi Ərdəm Timurla görüşmək üçün İstanbula gələcəyəm. Təbii ki, İkardi ilə görüşmək imkanım olacaq".

Qeyd edək ki, İspaniya mediası "Real Madrid"in İkardi ilə ciddi şəkildə maraqlandığını və onu yanvarda heyətlərinə qatacaqlarını bildirmişdi.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər