26 Noyabr 2023 11:44
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 4 medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, milli üzvləri 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl, 2 gümüş medal əldə ediblər.

Komandanın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar.

Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər