26 Noyabr 2023 19:17
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, paytaxtın “Neftçi” komandası “Araz-Naxçıvan”ı qəbul edib. “Neftçi Arena”da keçirilən görüşdə komandalar hərəyə bir dəfə fərqlənib. Oyunda hesabı 41-ci dəqiqədə “Neftçi”nin heyətində Yuri Matias açıb – 1:0. Qonaqlar matçın son dəqiqələrində (90+3) hesabı bərabərləşdirməyə nail olublar. “Araz-Naxçıvan”ın heyətində Orxan Əliyev fərqlənib – 1:1. Görüş bu hesabla da başa çatıb.

Bu oyundan sonra aktivində 21 xal olan “Araz-Naxçıvan” beşinci, “Neftçi” isə 19 xalla altıncı sırada qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər