UEFA Çempionlar Liqasında bu gün qrup mərhələsinin V turuna start veriləcək.
Teleqraf.com xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçiriləcək.
Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qalib gəlsələr, avtomatik olaraq növbəti mərhələyə yüksələcəklər.
Həmçinin “Latsio”, PSJ və “Portu”nun da bu şansı var. Lakin onların taleyi təkcə özlərindən asılı deyil. İlk iki komanda bunu reallaşdırmaq üçün həm özləri, həm də qruplarında lider olan klublar qalib gəlməlidirlər. “Şaxtyor” öz meydanında “Antverpen”ə uduzsa və “Barselona” ilə “Portu” heç-heçə etsələr, Portuqaliya təmsilçisi də İspaniya nəhəngi ilə birlikdə 1/8 finala adlayacaq.
Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
21:45. “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya)
Xal durumu: “Atletiko” – 8, “Latsio” – 7, “Feyenoord” – 6, “Seltik” - 1.
F qrupu
00:00. “Milan” – “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
Xal durumu: “Borussiya” – 7, PSJ – 6, “Milan” – 5, “Nyukasl” - 4.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Srvena Zvezda” – 1, “Yanq Boyz” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) – “Portu” (Portuqaliya)
Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.