1 Dekabr 2023 18:47
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın futbolçusu Kevin Medinanın qayıdışı uzun çəkəcək.

Teleqraf.com xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnən kolumbiyalı komandaya qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.

Belə ki, onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Zədədən başqa, Medina cəzalı duruma düşdüyü üçün Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”lə görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Molde” - “Qarabağ” matçı 2:2 hesabı ilə nəticələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər