Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşıb. Limassol şəhərində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 9-cu dəqiqədə Diana Məmmədova vurub.
Bununla da xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması tarixində ilk dəfə sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9:0 hesabı ilə məğlub edib.
Kipr - Azərbaycan - 0:1
Qol: Diana Məmmədova, 9
Xallar: Azərbaycan - 13, Monteneqro - 9, Kipr - 7, Farer adaları - 0.