Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
Teleqraf.com xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.
“Dalğa Arena”dakı qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqədə Nigar Mirzəliyeva fərqlənib.
Komandamız C Liqasının üçüncü qrupunu 16 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlib