7 Dekabr 2023 13:56
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatı AFFA-nın Azərbaycan millisinin baş məşqçi vəzifəsinə Şenol Güneşi gətirmək istədiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

Bildirilib ki, AFFA türkiyəli mütəxəssislə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, 71 yaşlı Ş.Güneşin son iş yeri "Beşiktaş" olub. O, bu ilin oktyabrında İstanbul təmsilçisindən ayrılıb.

Xatırladaq ki, AFFA ötən ay millinin baş məşqçisi Canni De Byazini isefaya göndərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər